“Paşa Həyat Sığorta” BDU-da növbəti təlim keçirib
Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Həyat Sığorta” ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Sazişə uyğun olaraq tələbə və magistrlər üçün növbəti təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Karyera və məzunlarla əlaqə sektorunun əkəkdaşı İlkin Şərifov qeyd edib ki, təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığorta sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaqdır. Təlimlərin nəticəsi olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan tələbə və magistrantlar gələcəkdə PAŞA Həyat Sığorta ASC-də uzunmüddətli təcrübə keçmək şansı da əldə edəcəklər.
Sonra “Paşa Həyat Sığorta” şirkətinin əkdaşları Vüsalə Həsənova və Nərmin Salmanova "CV hazırlanması və iş müsahibəsində uğurlu olmaq üzrə tövsiyələr” mövzusunda təlim proqramını təqdim ediblər. Təqdimatda tələbələrə CV yazma üsulları, müsahibədə davranış qaydaları və müsabiqəyə psixoloji hazırlıq barədə məsləhətlər verilib. Bundan başqa, holdinqdə tətbiq olunan müxtəlif marketinq metod və strategiyaları barədə məlumat verilib, əyani olaraq seminar iştirakçılarına nümayiş etdirilib. Təlimin yeni formalaşmaqda olan yerli həyat sığortası bazarında sığortaçı-müştəri münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir.