Gələcək fizik-mühəndislər BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində ötən il açılmış Mühəndis fizikası ixtisası üzrə mütəxəssis hazırlığı davam edir. Mühəndis fizikası ixtisasına bu il qəbul olunmuş tələbələr BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə tanış olublar.
Tələbələrə Mərkəzin strukturu, fəaliyyəti, yerinə yetirilən layihələr, əldə olunmuş uğurlar barədə məlumat verilib. Bildirilib ki, 24 saat açıq olan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi elmin müxtəlif sahələri üzrə tədqiqatların aparılması, tədris prosesində əldə edilən biliklərin daha da gücləndirilməsinə xidmət edir. Mərkəzin BDU-nun tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələrinə də xidmət göstərdiyi vurğulanıb.