“Fars dilində media dilinin xüsusiyyətləri” adlı elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Fars dilində media dilinin xüsusiyyətləri” adlı onlayn elmi seminar keçirilib. Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli Microsoft Teams platforması üzərindən mövzu ilə bağlı təqdimatla çıxış edib.
Seminarda farsdilli müasir mediyada istifadə olunan vahidlər, onların tərcümə formaları, digər işlək feil əsaslı struktur vahidlər barəsində nümunələr əsasında izahlar verilib. Rəsmi-publisistik üslub üçün xarakterik olan linqvistik qaydalar və onların mətn daxilində təyinatı barədə geniş məlumat verilib.
Seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.