Doktorantlar BDU-da aparılan elmi tədqiqatların əsas iştirakçılarıdırlar
Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturasında “Həndəsə” ixtisasında təhsil alan Nərminə Qurbanovanın apardığı elmi-tədqiqatların nəticələri “Springer” və “World Scientific” nəşriyyatlarının “Chinese Annals Mathematics” və “International Journal of Geometric Methods in Modern Physics” jurnallarında dərc olunub. Qeyd edək ki, hər iki jurnal “Web of Science” bazasının Science Citation Index Expanded (SCIE) indeksinə daxildir:
Məqalələrdə 2-jet laylanma fəzalarının nilpotent cəbr üzərində qurulmuş holomorf çoxobrazlı kimi modelləşməsi istifadə edilərək tensor meydanlarının və afin rabitələrin yeni sinfi olan deformasiya olunmuş liftlər daxil edilib, onların Eynşteyn fəzalarına və Ricci solitonlarına tətbiqi məsələlərinə baxılıb.
Nərminə Qurbanovanın elmi rəhbəri Əməkdar elm xadimi, BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimovdur.