BDU-nun 410 tələbəsi payız semestri üzrə təhsil krediti alıb
Bakı Dövlət Universitetinin (BDU) 410 tələbəsi 2024/2025-ci tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 98-i sosial, 312-si isə standart təhsil kreditidir.
2023/2024-cü tədris ilində isə ümumilikdə 705 BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 184-ü sosial, 521-i isə standart təhsil krediti olub.
Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.