BDU THİK Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekan müavini İranə Məmmədli Heydər Əliyevin dövlət xadimi, uzaqgörən, dünya miqyaslı siyasətçi kimi xüsusi rolunu və Heydər Əliyev siyasi kursunun bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykəndiyini vurğulayıb. Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsini icra edən Daxil Vəliyev çıxışında Ulu öndərin Azərbaycan xalqına verdiyi töhfələr haqqında söhbət açıb. Bildirib ki, Heydər Əliyev elə bir dahidir ki, onun haqqında illər boyu danışılıb, tarix boyu da həmişə danışılacaq.
Fakültənin tələbələri - Leyla Rəcəbzadə və Günel Musayeva çıxışlarında dahi liderin siyasi fəaliyyəti, onun dövlət quruculuğu işlərindən, müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən, Azərbaycan xalqına sevgisindən danışılıb.
Anım mərasimində həmçinin Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Fakültənin tələbələri Nazənin Əhmədova və Samir Hacıyev "Ulu bir öndər, Ulu bir sərkərdə" şeirini səsləndirib.
Sonda “Xarıbülbül festivalı”ndan videoçarx təqdim edilib.