BDU tələbələrindən Zəfər trendi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri Vətən müharibəsində şanlı Qələbənin iki illiyi münasibətilə sosial şəbəkələrdə Zəfər trendi formalaşdıracaq. Marafonun məqsədi “Gəncliyin Zəfər sədası” adlı vahid şəbəkə yaratmaq, onun vasitəsilə şəhid və qazilərin əzmi nəticəsində əldə olunan 44 günlük müharibəni həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etmək və unutdurmamaqdır.
Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor-müəllim heyəti rəhbərlik edir. Marafon üzvləri sosial şəbəkə ( "Twitter", "Instagram", "Facebook" ) üzərindən konkret həştəqlərlə müxtəlif ölkələrin gündəminə düşərək, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.
Platforma üzvləri noyabrın 6-dan 8-dək sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar edəcək:
1. #Zəfərinamdanbaşlayır
2. #Zəfərfədakarlıqlaqazanılır
3. #Zəfərqorumaqlayaşadılır
Platforma üzvləri bütün gəncləri sosial şəbəkələrdə fəallıq göstərməyə çağırır.
Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür.
Sosial şəbəkələrin ingilis dili istifadəçiləri üçün aşağıdakı həştəqlərin əlavə edilməsi tövsiyə olunur:
#victoriousAzerbaijan
#Victoryday
#Trustinvictory
#Sacrifaceforvictory
#KarabakhisAzerbaijan
#8novemberisvictoryday
#VictorydayofAzerbaijan
#ShushaisAzerbaijan
#Azerbaijanitruths