BDU tələbələri Geoloji Kəşfiyyat Agentliyində istehsalat təcrübəsi keçiblər
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Geoloji Kəşfiyyat Agentliyində istehsalat təcrübəsi keçiblər. Tədqiqat sahəsi kimi təcrübələr Şamaxı və Astara rayonlarının ərazisində aparılıb.
Təcrübə müddətində tədqiqat sahələrinin əsaslandırılmış metallogenik rayonlaşdırılması həyata keçirilib, ayrılmış struktur formasiya zona və yarımzonalar çərçivəsində prioritet faydalı qazıntılar və onların başlıca sənaye tipli yataqları müəyyən edilib.
Tərtib edilmiş müxtəlif profilli geoloji xəritələr perspektivli planlaşdırma, proqnozlaşdırma və faydalı qazıntı yataqlarının axtarışının elmi-praktiki əsası rolunu oynayır. Təcrübə müddətində tələbələrə xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş vermiş proseslərin proqnozlaşdırlması, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi və saxlanılması öyrədilib.