BDU-nun xarici tələbələri “Zəfər” yarmarkasında
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təhsil alan üzv dövlətlərin nümayəndələri “YAŞAT” Fondunun “Zəfər” yarmarkasını ziyarət ediblər. Ziyarətdə Bakı Dövlət Universitetində təhsil alan xarici tələbələr də iştirak edib.
Ziyarətin məqsədi xarici tələbələrə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin nəticələrini əyani şəkildə göstərmək, o cümlədən əldə edilən təəssüratların İƏT məkanında yayılmasına töhfə verməkdir.
Tədbirdə on beş ölkənin gənclərinə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılmış “YAŞAT” Fondu haqqında məlumat verilib.