BDU-nun tələbəsi pauerliftinq üzrə 2 gümüş medal qazanıb
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi, Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talib Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında II yerin qalibi olub.
Bu dəfə Talıb Zeynalov 2 gümüş medal qazanıb.
İdmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (160 kq) və ümumi çəkiyə görə (307 kq) buna nail olub. O, bununla gənclər arasında Avropa rekordunu da yeniləyib.
Tələbəmizi qazandığı böyük nailiyyət münasibətilə təbrik edir, uğurlar arzulayırıq!