BDU-nun rektoru Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçı görüşüb.
Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əlaqələrindən danışıb. Rektor qardaş ölkələr arasında getdikcə daha da artan əməkdaşlığın bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil sahəsində də yüksək səviyyədə olduğunu qeyd edib.
Səlçuk Karakılıç qəbula görə Elçin Babayevə təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elm, təhsil sahəsində əməkdaşlıqda da ön planda olduğunu bildirib.
Görüşdə BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq planları, ortaq layihələr müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.