BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının AMEA-nın Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən filialında görüş keçirilib
Noyabrın 11-də Bakı Dövlət Universitetinin (BDU) Neft kimyası və kimya texnologiyası kafedrasının AMEA-nın Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən filialında görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Kimya fakültəsinin dekanı vəzifəsini icra edən Fuad Kərimli, Aşqarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev və İnstitutun icraçı direktoru Əfsun Sucayev iştirak ediblər.
Görüşdə yeni tədris ilində filialın fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar və 2021/2022-ci tədris ilində tədrisin təşkili haqqında məlumat verib.
Vaqif Fərzəliyev filialda BDU-nun Kimya fakültəsində neft kimyası və neftin email texnologiyası ixtisasları və ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün yaradılmış şərait haqqında danışıb.
Filialın fəaliyyət planı mükazirə edilib, filialın auditoriyasına və İnstitutun elmi-tədqiqat laboratoriyalarına baxış keçirilib.