BDU-nun Hüquq fakültəsinin tələbələri Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olublar
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Səfər 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində reallaşıb.
Tələbələr beynəlxalq standartlara uyğun inşa edilmiş cəzaçəkmə müəssisəsinin fəaliyyəti, qadın məhkumların saxlanma şəraiti barədə müfəssəl məlumat alıblar. Məhkumların çalışdıqları istehsalat sahələri, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış klub, kitabxana, ibadət otağı, peşə məktəbi, habelə müasir avadanlıqla təchiz olunmuş tibb-sanitar hissəsi və yeməkxana tələbələrdə böyük maraq doğurub.
Tanışlıq zamanı həmçinin, qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin çıxışları izlənilib.
Tələbələrin Penitensiar Xidmətin fəaliyyəti, müvafiq hüquqi normativ sənədlərlə bağlı sualları cavablandırılıb.