BDU-nun “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində iştirak edir
Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində iştirak edir.
BDU-nun “BSU Creativity Workz” komandası yarışmada "Ağıllı nəqliyyat texnologiyaları" kateqoriyası üzrə bu ilin may ayında İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülən "Driver's Eye" layihəsi ilə təmsil olunur.
Bu gün komanda üzvləri layihənin təqdimatını keçirir və müxtəlif panellərdə iştirak edirlər.
Qeyd edək ki, "TEKNOFEST-Girişim Yarışması"nda 10 kateqoriya üzrə 2419 komanda yarışacaq “BSU Creativity Workz” komandası 30 avqust - 3 sentyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində çıxış edəcəklər. Yarışın məqsədi keçmiş illərdə (2018 - 2023) TEKNOFEST festivalının müxtəlif kateqoriyalarında yarışaraq finalçı və ya qalib olan komandaların hazırladığı prototipləri, biznes ideyalarını istehsalata hazır son məhsula çevirmək, onların beynəlxalq bazara çıxışını, investorlarla görüşünü təmin etməkdir. Keçirildiyi illər ərzində "TEKNOFEST - Girişim Yarışması" vasitəsilə Türkiyədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 121 şirkət qurulub.