BDU-da Zəfər Günü münasibətilə elan edilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə elan etdiyi rəsm müsabiqəsi başa çatıb. Müsabiqədə BDU-nun 30 nəfərdən çox tələbəsi iştirak edib. Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə I yerə Fizika fakültəsinin tələbəsi Nəzrin Əliyeva, II yerə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nuray Quliyeva, III yerə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinova, IV yerə isə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Anaxanım Kərimovanın rəsmləri layiq görülüb.
Qalib gəlmiş tələbələr diplom və pul mükafatı ilə təltif ediliblər.
Qalibləri təbrik edirik!