BDU-da yay imtahan sessiyası başlayıb
Sentyabrın 5-dən Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin yay semestrinin imtahan sessiyası başlayıb. Sessiya sentyabrın 8-dək davam edəcək.
Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla 10:00 -dan 13:00-dək, magistratura səviyyəsi üzrə isə saat 14:00-dan 17:00-dək keçirilir.
Ümumilikdə yay semestrinin imtahan sessiyasında 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edir.
Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunur.