BDU-da “Qızıl qələmlər” layihəsi çərçivəsində ədəbiyyatşünas alim, publisist Məti Osmanoğlu ilə görüş
SOSİAL
24 Oktyabr 2024 11:33
“BDU könüllüləri” təşkilatının “PennaDoro” klubunun təşkilatçılığı ilə “Qızıl qələmlər” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, publisist Məti Osmanoğlu ilə görüş keçirilib.
Görüşdə publisist yazı sənəti, esse janrının tarixi, quruluşu, uğurlu yazar olmaq üçün əsas tələblər kimi bir sıra əhəmiyyətli məsələlərdən söz açıb. Görkəmli ədiblərin və şairlərin yaradıcılığından nümunələr səsləndirən ədəbiyyatşünas alim onları təhlil edib, fikri düzgün ifadə etmənin incəlikləri haqqında məlumat verib.
Görüş müzakirələrlə davam edib.
Qeyd edək ki, “Qızıl qələmlər” layihəsinin əsas məqsədi tanınmış ədəbiyyatşünaslarla tələbələrin görüşünü təşkil etmək, yazı qabiliyyətini inkişaf etdirmək istəyən gənclərə dəstək olmaqdır.
Son XƏBƏRLƏR
21.11.2024 | 10:46
BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də
20.11.2024 | 16:00
BDU-da ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib
19.11.2024 | 16:37
BDU-da “QS Quacquarelli Symonds” reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib
19.11.2024 | 14:17