BDU-da “Puankare hipotezinin isbatı tarixçəsi” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasında növbəti elmi seminar keçirilib.
Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Nəzakət Məmmədova “Puankare hipotezinin isbatı tarixçəsi” mövzusunda məruzə edib.
Məruzəçi dahi fransız alimi Anri Puankare tərəfindən 1904-cü ildə verilmiş və “Minilliyin məsələləri” siyahısında yer almış hipotez və onun isbatına dair çox maraqlı tarixi faktlarla bağlı məlumatları diqqətə çatdırıb. Həmçinin qoyulan məsələnin rus alimi Qriqori Perelmanla əlaqədar tədqiqatını da seminar iştirakçıları ilə bölüşüb.
Elmi seminar mövzu ətrafında magistrant və əməkdaşların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb.