BDU-da parlament debatı təşkil olunub
Bakı Dövlət Universitetinin SABAH qruplarında hüquqşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbələri tərəfindən səhnələşdirilmiş parlament debatı təşkil olunub.
Sosial təminat hüququ fənnini tədris edən professor Mayis Əliyev tərəfindən təşkil olunmuş parlament müzakirəsi rol oyunları metodundan istifadə edilməklə “Xeyriyyə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı olub. Parlament müzakirəsində bütün tələbələr fəal iştirak edərək qanun layihəsinə özlərinin fərqli və obyektiv münasibətlərini bildirib.
Sonda parlament debatı metodunun hüquq fənnlərinin tədrisi prosesində tətbiqi məsələsi geniş müzakirəsi keçirilib və tədris prosesində həmin metodun tətbiqinin əhəmiyyəti vurğulanıb.