BDU-da “Müxtəlif reaksiya parametrlərinin Ag gümüş nanonaqillərinin sintezi və xüsusiyyətlərinə təsiri” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın böyük elmi işçisi Sevinc Nuriyeva “Müxtəlif reaksiya parametrlərinin Ag gümüş nanonaqillərinin sintezi və xüsusiyyətlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Sevinc Nuriyeva Ag gümüş nanonaqillərinin alınması üçün modifikasiya edilmiş poliol metodu, sintez edilən 1D nanoobyektlərin quruluşu və optik xüsusiyyətləri haqqında məlumat verib, həmçinin müxtəlif reaksiya parametrlərinin alınan məhsulların morfologiyası və strukturuna təsiri məsələsindən bəhs edib.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.