BDU-da Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünə həsr edilmiş tədbir keçirilib
7555555554 8Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin moderatoru, fakültə Tələbə Həmkarlar Komitəsinin sədri Nərmin Həsənzadə bildirib ki, 25 noyabr xalqımızın taleyində əlamətdar günlərdən biridir. Ötən ilin 25 noyabrında Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Kəlbəcər rayonu işğaldan azad edilib. Vurğulanıb ki, işğal altında olan rayonlarımızın ərazicə ən böyüyü olan Kəlbəcərin azad edilməsi Vətən müharibəsində əldə etdiymiz ən parlaq qələbələrdəndir.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, BDU-nun professoru Şahlar Əsgərov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, Kitabxanaçılıq-informasiya fakültəsinin qazi tələbələri - “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş Sərxan Veysəlli və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmiş Nurlan İbrahimli çıxış edərək tarixi günün əhəmiyyətindən, 44 günlük Zəfər tariximizdən, eyni zamanda bu gün Qarabağda aparılan quruculuq işlərindən bəhs ediblər.
Tədbirdə “Azad Kəlbəcər” filminin ilk nümayişi də keçirilib.