BDU-da “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans keçiriləcək
2021-ci ilin 15-17 dekabr tarixlərində Bakı Dövlət Universiteti, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstutunun, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi, Macarıstanın Szeged Universiteti Romanın La Sapienza Universiteti, və birgə təşkilatçılığı ilə “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans (http://mtp2021.bsu.edu.az/) keçiriləcəkdir.
Konfransın keçirilməsində məqsəd fizika və əlaqəli elm sahələrində yeni prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ və tətbiqi xarakterli istiqamətləri müəyyənləşdirmək, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.
Üç gün davam edəcək konfransda Azərbaycandan, həmçinin Türkiyə, Rusiya, İtaliya, Macarıstan, ABŞ, Pakistan, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlərin məruzələri dinləniləcəkdir. Konfrans materialları tanınmış Web of Science bazasına daxil ediləcəkdir. Konfransın məruzəçiləri sırasında AMEA əməkdaşları da vardır. Konfransda Nəzəri və yüksək enerjilər fizikası, Biofizika, Kodensə olunmuş hal fizikası, Materialşünaslıq və maddə mühəndisliyi, Kosmos elmləri və astrofizika istiqamətləri üzrə məruzələr dinləniləcək.