BDU-da "Dünya ölkələri" adlı intellektual yarış keçirilib
İntellektual yarış 16 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış münsiflər heyəti, yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda "Wanderlust" komandası 1-ci, "Aysberq" komandası 2-ci və "Dyatlov" komandası 3-cü yeri qazanıb. Qalib komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yarışın sonunda dekan müavinləri Qoşqar Məmmədov və Səbuhi Talıbov qalibləri təbrik edib, onları fakültənin Fəxri Fərmanları ilə təltif edib və xatirə şəkilləri çəkdiriblər. Həmçinin ilk 3 yeri tutmuş komanda üzvlərinə THİK-in sertifikatları təqdim olunacaq.