BDU-da böyrək xəstəliklərinin diaqnostikasında podositlərdən istifadə üzrə elmi-tədqiqatlar uğurla davam edir
5 Noyabr 2021 13:31
- Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Migrasomes and exosomes; different types of messaging vesicles in podocytes” (“Miqrasomlar və ekzosomlar; podositlərdə müxtəlif növ əlaqə vezikulları”) adlı icmal məqalə Web of Science bazasına daxil olan (Q3 kvartil kateqoriyalı, IF: 3.612) “Cell Biology İnternational” jurnalında çap olunub (http://doi.org/10.1002/cbin.11711).
Məqalədə podositlərdən əldə edilən hüceyrədənkənar vezikullar və onlardan müxtəlif böyrək xəstəliklərinin diaqnostikasında istifadə olunmasından bəhs edilir. Mövcud elmi nəticələr əsasında müəyyən olunmuşdur ki, qlomerulyar pozuntuların erkən mərhələlərində böyrəkdə podositlərdən əmələ gələn hüceyrədənkənar vezikülların səviyyəsi artır.
Son XƏBƏRLƏR
23.11.2024 | 16:25
Pakistan nümayəndə heyəti BDU-da
22.11.2024 | 11:56
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan “Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib
22.11.2024 | 11:35
Görkəmli hüquqşünas, nüfuzlu alim, peşəkar müəllim – Məsumə Məlikova
22.11.2024 | 09:19