BDU-da "44 fəsil" adlı onlayn tədbir keçirilib 18/11/2021
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi və “BDU könüllüləri”nin birgə təşkilatçılığı ilə "44 fəsil" adlı onlayn tədbir keçirilib.
Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov, Ekoloji kimya kafedrasının professoru Nazim Şəmilov, “BDU könüllüləri”nin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva, fakültənin məzunu, Vətən müharibəsi qazisi İlkin Məmmədzadə çıxış ediblər. Çıxış edənlər Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldığını diqqətə çatdırıblar.
Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri - Hatəm Həzizadə, Ömər Hümbətzadə, Nərmin Cavadlı, Gülər Quluzadə və Hüseyn Məmmədov çıxıs edərək Azərbaycanın böyük qələbəmizə qədər keçdiyi ağır yolu, bu zamanlardakı daxili və xarici siyasətimiz, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olduğunu bildiriblər.
Vətən müharibəsi qazisi İlkin Məmmədzadə müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib.