BDU aliminin həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “1990-2019-cu illərdə 204 ölkə və ərazi üzrə ümumi və seçilmiş yaş qrupları üçün Səhiyyə Xidmətinə Əlçatanlıq və Keyfiyyət İndeksinin performansının qiymətləndirilməsi: Qlobal Xəstəlik Yükü Araşdırması 2019-dan sistematik təhlil” (“Assessing performance of the Healthcare Access and Quality Index, overall and by select age groups, for 204 countries and territories, 1990–2019: a systematic analysis from the Global Burden of Disease Study 2019”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 38.927) “The Lancet Global Health” jurnalında çap olunub.
https://www.thelancet.com/journals/langlo/article/PIIS2214-109X(22)00429-6/fulltext
Məlumdur ki, həyat boyu sağlamlıq ehtiyacları dəyişir. Buna görə də səhiyyə sistemlərinin bütün yaşlar üçün keyfiyyətli səhiyyə xidmətinə çıxışı təmin edib-etmədiyini qiymətləndirmək çox vacibdir. Məqalədə 2019-cu ildən qlobal xəstəliklər, yaralanmalar və risk faktorları tədqiq olunub, 1990-2019-cu illər arasında 204 yerdə ümumi və seçilmiş yaş qrupları üçün Səhiyyə Xidmətinə Əlçatanlıq və Keyfiyyət (HAQ) İndeksi ölçülüb.