“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda konfrans keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Microsoft Teams platforması üzərindən Respublika elmi-praktik Konfransı keçirilib.
Konfransda Azərbaycanın erməni qəsbkarları tərəfindən işğal etdiyi torpaqlarımızı azad edən və bu yolda canlarından keçən, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova keçirilən konfrasnın əhəmiyyətindən bəhs edib, konfrasnda təqdim edilən mövzuların aktuallığına toxunub.
Azərbaycan Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və xalqımız birliyi ilə Vətən müharibəsində qazandığmız qələbənin, bu qələbənin Azərbaycan xalqı və dövlətinin inkişafı üçün yaratdığı yeni perspektiv imkanlarını qeyd edərək bu günkü konfransın əhəmiyyətindən bəhs edib.
Konfransın plenar iclasda professorlar F.Ə.İmanov, Ç.N.İsmayılov, T.G.Həsənov, coğrafiya elmləri doktoru Z.N.Eminov, dosentlər Ş.M.Pənahov, N.S.Bababəyli, A.S.Rüstəmov, Ə.A.Əsgərov və III kurs tələbəsi İmran Bayramov çıxış edərək işğaldan azad olunmuş ərazilərin davamlı inkişafı, geoməkan təminatı, demoqrafik inkişaf yolları, hidrometeoroloji və ekoloji problemləri, iqtisadi-coğrafi hədəfləri və turizm-rekreasiya perspektivləri haqda çıxışlar ediblər.
Konfrans öz işini bölmələr üzrə davam etdirib.