BDU THİK-in təşkilatçılığı ilə Novruz konserti
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konsert keçirilib.
Tədbirdə universitetin istedadlı tələbələri milli rəqslər ifa edib, Novruza, bahara həsr olunmuş musiqi nömrələri səsləndiriblər. BDU-nun Mədəniyyət və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçirilən tədbir boyunca Novruzun rəmzləri olan Kosa və Keçəlin şən zarafatları mərasimə xüsusi ab-hava qatıb.
Tədbirin sonunda tanınmış müğənni Rüfət Axundov və “Star band” qrupunun sevilən ifaları tələbələr tərəfindən xüsusi coşğu ilə qarşılanıb.