BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Novruz şənliyi
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində təntənəli Novruz şənliyi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bayram münasibətilə liseyin müəllim və şagird heyətini təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıb. Lisey şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalara, Novruz ənənələrini ehtiva edən stendlərə baxış keçirilib.
Daha sonra Novruz tonqalı qalanıb. Tədbir konsert proqramı ilə davam edib.