BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin Novruz konserti
SOSİAL
18 Mart 2025 14:34
Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı münasibətilə musiqili tədbir keçirilib.
Universitetin Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsert proqramı BDU-nun instrumental ansamblının ifasında “Bahar” musiqisinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra BDU-nun vokal və qızlardan ibarət rəqs qrupları müxtəlif musiqi nömrələri ifa ediblər.
Tələbələrin ifa etdikləri Azərbaycan, qazax, türk, özbək, ispan və çin xalqlarının milli musiqi və rəqsləri alqışlarla qarşılanıb.
Sonda qızlardan ibarət rəqs qrupu “Yallı” rəqsini ifa edib.
Son XƏBƏRLƏR
26.04.2025 | 09:00
Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
25.04.2025 | 18:25
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş
25.04.2025 | 16:02