Son iki ildə BDU-nun Kimya fakültəsinə maksimal qəbul balı artıb
TƏDRİS
17 Fevral 2025 12:08
Son iki ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə maksimal qəbul balı artıb. Belə ki, 2024/2025-ci tədris ilində Kimya fakültəsinin “Kimya mühəndisliyi” ixtisasında maksimum bal 654,3, “Kimya müəllimliyi” ixtisasında isə 579,9 bal olub. Ötən dərs ilində bu rəqəmlər 584,6 və 572,1 bal təşkil edib.
2024/2025-ci tədris ilində Kimya fakültəsinə qəbul olan 88 nəfər 500-dən çox bal toplayıb.
Fakültənin alimləri tərəfindən 2024-cü ildə üç dərs vəsaiti və bir monoqrafiya işıq üzü görüb. Həmçinin, 223 məqalə (bunlardan 124-ü indekslənmiş jurnallarda), 384 tezis və 205 beynəlxalq konfrans materialı dərc edilib. Fakültə alimləri elmi nəticələrinə görə 1 patent alıb. Fakültənin 10 əməkdaşının Hirş indeksi 10-dan yuxarıdır.
Ötən il Kimya fakültəsinin alimləri İbrahim Məmmədov, Farid Nağıyev və Xamməd Əsədov tərəfindən Türkiyə Elm və Texnika Komitəsinin (TÜBİTAK) qrantı çərçivəsində "Çoxəvəzli heterotsiklik karkasların qurulmasında üzvi kataliz” (“Organocatalysis Towards the Construction of Highly Substituted Heterocyclic Frameworks") adlı yeni bir tədqiqat layihəsi başlanıb.
Fakültənin 2 əməkdaşı ötən il Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub. Bunlar “Sənaye kimyası” elmi-tədqiqat laboratoriyasının (ETL) müdiri Ələkbər Hüseynzadənin "Monokristalların rentgen difraksiya metodu ilə tədqiqi", ETL-in kiçik elmi işçisi Əlibala Əliyevin "Süni ürək qapağı təbəqələrinin dizaynı üçün yeni kompozit materialın sintezi" adlı qrant layihələridir.
Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. Ötən il fakültədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Kimya və kimya texnologiyası” adlı Respublika elmi konfransı keçirilib. Bununla yanaşı, 29 elmi seminar təşkil olunub. İl ərzində elmi tədqiqat işlərinə 37 tələbə cəlb edilib.
Son XƏBƏRLƏR
20.02.2025 | 15:18
BDU-nun professoru Sofya Fiqarova vəfat edib
20.02.2025 | 14:05
BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
19.02.2025 | 17:42
BDU-da akademik Şahin Mustafayevin “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı
19.02.2025 | 14:42
BDU Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universiteti ilə anlaşma memorandumu imzalayıb
19.02.2025 | 10:29