Ramazan bayramınız mübarək!

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, İslamda ilin ayları arasında ən şəfaqətli və müqəddəs ay Ramazan ayı hesab edilir. "On bir ayın sultanı" deyilən Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Ramazan bayramı oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın bayramıdır. Bütün dünya müsəlmanları bu bayramı qeyd edir.
Fizika Problemləri ETİ-nin rəhbərliyi İnstitutun kollektivini Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyir.

Ramazan bayramınız mübarək!