Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Aqressiya və onun təkamülü” mövzusunda elmi seminar keçirilib. Çexiyanın Karlova Universitetinin Zoologiya kafedrasının Ekologiya və etologiya bölümünün professoru Daniel Frinta mövzü ilə bağlı çıxış edib.
Daniel Frinta məruzəsində onurğalı heyvanların aqressiyasının təkamüldə formalaşması haqqında geniş məlumat verib. Professor qeyd edib ki, onurğalı heyvanların aqressiyasına təsir göstərən əsas faktorlar heyvanın fiziologiyasında baş verən dəyişikliklər, androgenlərin və serotoninin miqdarının fəsildən asılı olaraq dəyişməsidir.
Məruzəçi öz tədqiqat qrupu ilə birgə Avropanın müxtəlif əraziləri, Livan, İran və s. kimi ölkələrin, həmçinin səhralıq ərazilərdə yayılmış sürünənlərin ontogenezin müxtəlif dövlərində aqressiyasını əmələ gətirən amilləri araşdırıb. Daniel Frinta təkamüldə aqressiyanın meydana çıxmasına səbəb olan amilləri qeyd edib.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.