BDU Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Müqaviləni BDU və Muğla Sıtkı Koçman Universitetinin Beynəlxalq əlaqələr şöbələrinin müdirləri Rauf Həsənov və Reşat Ünal imzalayıblar. Müqavilə çərçivəsində bakalavr, magistr, doktorant və tədqiqatçıların, həmçinin akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, əsası 1992-ci ildə qoyulmuş Muğla Sıtkı Koçman Universitetində 44000 tələbə təhsil alır. 4 institut, 47 araşdırma mərkəzinin fəaliyyət göstərdiyi Universitetdə 21 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.