BDU tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşası nümayiş olunub
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Universitet tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşası nümayiş olunub.
Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə hazırlanan tamaşada Universitetin müxtəlif fakültələrinin istedadlı tələbələri şəhid olmuş qəhrəman oğullarımızın, onların ailə üzvlərinin obrazlarını məharətlə yaradıblar. Əsərin müəllifi Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.
Səhnə əsərində rolları Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu, tələbələr Eltac Abbasov, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Ramazan Ramazanlı, Tural Behbudov, Fidan Sultan, Mədinə Hüseynzadə, Nuran Atakişiyev ifa ediblər.