BDU tələbələri “ECOLEAD” layihəsi çərçivəsində ağacəkmə aksiyasında
Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə həyata keçirdiyi “ECOLEAD” (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Sözügedən qurumların rəsmiləri və əməkdaşlarının, o cümlədən BDU tələbələrinin iştirakı ilə keçirilən tədbir zamanı Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi boyunca Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Qeyd edək ki, “ECOLEAD” platforması prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində ətraf mühitin mühafizəsi sahəsində pozuntuların qarşısının alınması, təcrübənin paylaşılması və cəmiyyətin maariflənməsinə yönəlib.
“ECOLEAD” layihəsi ölkə ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədini daşıyır. Layihənin əsası Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BDU arasında Xankəndi şəhərində keçirilmiş tədbirdə imzalanmış anlaşma memorandumu ilə qoyulub, daha sonra Naxçıvan Dövlət Universiteti memoranduma qoşulub.