BDU rektoru Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasında iştirak edir
BEYNƏLMİLƏLLƏŞMƏ
27 May 2024 17:12
Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (TDMEAB) VII Baş Assambleyası keçirilir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də tədbirdə iştirak edir.
Tədbirdə quruma üzv olan türkdilli dövlətlər arasında elmi əməkdaşlığa dair aktual məsələlər, türk dövlətlərinin birgə tədqiqat proqramları və layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunur.
Tədbirin açılışında Beynəlxalq Türk Akademiyasının rəhbəri Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, türkdilli dövlətlərin elmlər akademiyalarının və bir sıra universitetlərinin rəhbər heyətləri iştirak edirlər.
BDU rektoru Elçin Babayev Baş Assambleyada çıxışında türkdilli dövlətlərin özünün intibah dövrünü yaşadığını qeyd edib. O bildirib ki, türk dövlətlərinin universitet və akademiyaları arasında əməkdaşlıq daha da genişləndirilməli, ənənəvi humanitar və sosial sahələrlə yanaşı, təbiət elmləri istiqamətində də layihələr çoxaldılmalıdır: “Türk dövlətləri arasında ikili diplom, mübadilə, mentorluq proqramları, yay məktəblərinin, birgə müsabiqələrin təşkili, gənc alimlərin tədqiqatlara təşviq olunması, ortaq rəqəmsal məlumat platformasının yaradılması, birgə elmi jurnalların dərci, akademiyalar, universitetlər və sənaye müəssisələri arasında əlaqələrin effektiv təşkil olunması qarşıya qoyduğumuz ümumi məqsədlərə çatmağa böyük dəstək olacaq. Türkdilli dövlətlərin alimlərinin elmi və texnoloji sahədə illik konfransı təşkil oluna bilər. BDU ev sahibliyi etməyə və bütün təşkilati işləri öz üzərinə götürməyə hazırdır. BDU yeni Beynəlxalq Türk Akademiyasının atacağı bütün addımları dəstəkləyir”.
Baş Assambleyada quruma sədrlik Tatarıstan Respublikası Milli Elmlər Akademiyasından Türkiyə Elmlər Akademiyasına keçib.
Son XƏBƏRLƏR
21.11.2024 | 18:25
COP29 çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib
21.11.2024 | 10:46
BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də
20.11.2024 | 16:00