BDU-nun THİK üzvləri “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbində
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəhbərliyi və üzvləri 6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbində iştirak ediblər. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilən yay məktəbində ali təhsil müəssisələrinin 120 tələbəsi, THİK sədrləri və media nümayəndələri iştirak edib.
Yay məktəbi çərçivəsində “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Konfransda Respublika Komitəsinin rəhbərliyi və tələbələr ilə geniş fikir mübadiləsi aparılıb.
Yay məktəbi çərçivəsində həmçinin tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər görülüb.