BDU-nun SABAH tələbəsi "Sabahın hüquqları” adlı “Erasmus+” təlimində
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Fəzilə Əliyeva "Sağlam Düşüncə” Gənclər Təşkilatının vasitəsilə “Erasmus+” proqramı çərçivəsində Xorvatiya Respublikasının Karlovac şəhərində keçirilən "Sabahın hüquqları” (“Rights of tomorrow") adlı təlimdə iştirak edib.
Təlimə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən (Xorvatiya, Danimarka, Estoniya, Serbiya, Şimali Makedoniya, Moldova, Albaniya, Gürcüstan, Ermənistan) təmsilçilər qatılıblar.
Təlimin məqsədi iştirakçıları 4-cü nəsil insan hüquqlarına daxil olan hüquqlar barədə məlumatlandırmadır. Tədbirdə müxtəlif təlim metodları tətbiq etməklə insan hüquqlarının inkişafı və onların nəsillərə görə bölünməsi barədə müzakirələr aparılıb.