BDU-nun SABAH qruplarının tələbələri “Gənc Avropa səfiri” seçiliblər
Bakı Dövlət Universitetinin SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Minarə Rüstəmzadə və Xanım Quliyeva “Gənc Avropa səfiri” seçiliblər.
“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) çərçivəsində icra olunmağa başlayıb. Bu, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Aİ-yə üzv ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.