BDU-nun SABAH qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada
Baku Dövlət Universitetinin (BDU) SABAH qruplarının Biologiya müəllimliyi ixisasının tələbələri üçün Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda infosessiya təşkil olunub.
İnstitutun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev laboratoriyada siçovullar üzərində aparılan tədqiqatlarla tələbələri tanış edib. Laboratoriyada siçovullar üzərində morfinin öz-özünə yeridilmə modelinin tədqiqat imkanları, serotonin-modullu antikonsolidasiya zülalına qarşı poliklonal anticisimlər vasitəsilə onların morfini qəbul etməsinin 5-8 dəfə azalması nəticəsində baş verən xüsusiyyətlər izah olunub, bu istiqamətdə aparılan eksperimentlərdən söz açılıb.
Sonra tələbələr “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasında biologiya elmləri doktoru Elmira Pənahovanın rəhbərliyi ilə bir neçə istiqamətdə aparlan elmi tədqiqat işləri haqqında məlumatlandırılıblar.