BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin 5 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin 5 şagirdi Respublika Fənn Olimpiadalarında (RFO) qalib olub.
Belə ki, liseyin IX sinif şagirdləri Elman Kərimli və Cabir Abbasov Kimya fənni üzrə qızıl, IX sinif şagirdləri Emiliya Ağayeva Azərbaycan dili və ədəbiyyatı, Yusif İbrahimzadə Fizika, VIII sinif şagirdi Cəsur Rəsulzadə İnformatika fənlərindən bürünc medala layiq görülüblər.
Qeyd edək ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən RFO-da 244 nəfər bürünc, 163 nəfər gümüş, 84 nəfər isə qızıl medal qazanıb.
Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!