BDU-nun Biologiya fakültəsinin Çexiyanın Karlova Universiteti ilə əlaqələri genişlənir
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Çexiyanın Karlova Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Eva Voldriçova Belankova və Çex Respublikasının konsulu Pavel Kuçera ilə görüş keçirilib.
Görüşdə “Erasmus Mundus”, “Capacity Building” və “Mobility” proqramları üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüş zamanı zoologiya, eksperimental botanika və molekulyar biologiya sahələrində nəzərdə tutulan birgə tədbirlərin planlaması həyata keçirilib.
Qeyd edək ki, BDU ilə Karlova Universiteti arasında imzalanmış “ERASMUS+KA107” tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində fakültənin bir qrup əməkdaşı bu ilin aprel ayında Karlova Universitetinə dəvət alıb.