BDU-nun baş müəllimi Şamil Alməmmədov vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov vəfat edib.
Şamil Alməmmədov 1940-cı ildə anadan olub. 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub. 1966-cı ildən BDU-nun Şərqşünaslıq fakultəsində laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışıb. 1975-1977-ci illərdə Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərib. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.
Şamil Alməmmədovun tədqiqat sahəsi türk dilinin qrammatik quruluşu olub. O, rus, türk və ərəb dillərini bilirdi.
Şamil Alməmmədov fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.
BDU rəhbərliyi və kollektivi Şamil Alməmmədovun vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!