BDU-nun 105 illik yubileyinə həsr olunmuş universitetlərarası debat turniri
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə BDU-nun “Debat Klubu” tərəfindən Universitetin 105 illik yubileyinə həsr olunmuş universitetlərarası debat turnirinin final və bağlanış mərasimi keçirilib.
Finalda Azərbaycan bölməsi üzrə BDU-nun “İyerarxiya”, Azərbaycan Texniki Universitetinin “Sovetski”, rus bölməsi üzrə isə BDU-nun “Павел Дуров” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Светлая сторона луны” komandaları qarşılaşıb. Nəticələrə görə, “Sovetski” və “Павел Дуров” komandaları turnirin çempionu olublar.
Sonda isə Azərbaycan bölməsi üzrə ən yaxşı hakim Murad Mirzəzadə, ən yaxşı I natiq Əli Eyyublu, rus bölməsi üzrə isə ən yaxşı hakim Leyla Sadıqzadə və ən yaxşı I natiq Nərmin Kazımlı qızıl medalla mükafatlandırılıblar.