BDU könüllüləri Azərbaycan Milli Xalça Muzeyində
“BDU könüllüləri” təşkilatının Şərqşünaslıq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olunub.
Könüllülər muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar. Könüllülərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verilib.
Ekskursiya zamanı könüllülər həmçinin muzeydə müxtəlif qrafik lövhələr və tabloların yer aldığı “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərgini də ziyarət ediblər.