BDU ilə Malayziyanın Menecment və Elm Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Malayziyanın Menecment və Elm Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Menecment və Elm Universitetinin prezidenti Mohd Shukri Ab Yajid imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Qeyd edək ki, əsası 2001-ci ildə əsası qoyulmuş Menecment və Elm Universiteti Malayziyanın nüfuzlu universitetlərindən biridir. Menecment və Elm Universiteti QS dünya universitetləri reytinqində 580-ci pillədə qərarlaşır.