BDU “ERASMUS+IQAinAR” tədbirində təmsil olunub
Bakı Dövlət Universiteti (BDU) assosiativ üzv olduğu “ERASMUS+IQAinAR” layihəsi çərçivəsində təşkil olunan tədbirdə təmsil olunub. BDU rektorunun müşaviri Asiman İlyasov layihənin yerli və xarici partnyorlarının qatıldığı tədbirdə iştirak edib. Görüşdə tədbir iştirakçılarına keyfiyyət təminatı sisteminə dair geniş məlumat verilib.
Məlumat üçün bildirək ki, Niderlandın Vittenborg Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə həyata keçirilən layihə ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsinə və inkişafına töhfə vermək, eyni zamanda yerli, regional, milli siyasət və strategiyaların həyata keçirilməsi istiqamətində gücləndirilməsini nəzərdə tutur.