BDU əməkdaşı "2023-cü ildə beynəlxalq reytinqlərlə iş üzrə ilin əməkdaşı" seçilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin əməkdaşlarının iştirakı ilə beynəlxalq reytinqlər üzrə məsul şəxslər arasında kommunikasiya görüşü təşkil olunub.
Görüşdə Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması məqsədilə tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Agentliyin direktoru Ülkər Səttarova tərəfindən 2023-cü ildə beynəlxalq reytinqlərlə iş sahəsində səmərəli fəaliyyətinə görə ən yüksək nominasiya olan "İlin əməkdaşı" nominasiyası üzrə təltif olunub.