BDU-da “Qızıl yataqlarının axtarışı və kəşfiyyatında elektrik kəşfiyyatı üsullarının tətbiqinin xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Qızıl yataqlarının axtarışı və kəşfiyyatında elektrik kəşfiyyatı üsullarının tətbiqinin xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
AzGP Engineering MMC-nin direktoru, BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Parisa Zabolestani “Qızıl yataqlarının axtarışı və kəşfiyyatında elektrik kəşfiyyatı üsullarının tətbiqinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Seminarda qızıl yataqlarının geoloji və geodinamik xüsusiyyətlərinin araşdırılması, regional aeromaqnit ölçüləri əsasında lokal anomaliyaların müəyyən edilməsi, İP və müqavimət usulları vasitəsi ilə 3D fomatında geoelektirik kəsilişlərin tərtibi, kompleks geoloji və elektrik kəşfiyyatı üsullarının effektivliyinin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb.